“Zirə” heyətinə iki yeni futbolçu qatıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Aydın Bayramov və Elçin Əlicanovla 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Aydın Bayramov daha əvvəl “Sumqayıt” və “Turan Tovuz”, Elçin Əlicanov isə “Binə”, “Zaqatala” və “Kəpəz” klublarının şərəfini qoruyub.